Türkiyədən Ukrayna ilə bağlı VACİB QƏRAR: Nə baş verir?

Türkiyədən Ukrayna ilə bağlı VACİB QƏRAR: Nə baş verir?

Türkiyə Ukrayna üçün nəzərdə tutulan gələcək təhlükəsizlik zəmanətləri sisteminin hərbi-dəniz komponentinə rəhbərlik etməyə razılıq verib.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə ukraynalı həmkarı Andriy Sibiha ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Fidanın sözlərinə görə, Ukraynada mümkün sülh nizamlanması çərçivəsində əsas müzakirə mövzularından biri təhlükəsizlik zəmanətləridir. Bu zəmanətlər quru, dəniz və hava komponentlərini əhatə edir.

“Türkiyə hərbi-dəniz komponentinə rəhbərlik etməyə razılıq verib. Bu məsələ ilə bağlı müttəfiqlərimizlə qarşılıqlı anlaşma mövcuddur. Eyni zamanda, müvafiq müttəfiq hərbi-dəniz qüvvələri ilə planlı iş aparılır”, – deyə Hakan Fidan vurğulayıb.

Nazir qeyd edib ki, Ankara daha əvvəl də gələcək sülh sazişinin təmin olunmasında mümkün iştirak formatlarını müzakirə edib. Dəniz istiqamətinin koordinasiyasını öz üzərinə götürməyə hazır olduğunu bəyan edib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər hazırda müttəfiqlərlə sıx koordinasiya şəraitində davam etdirilir.

Mənbə: konkret.az