İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdəki daşınmaz əmlaklarının zərbələr üçün qanuni hədəf olduğunu bəyan edib.
Musavat.com-a istinadla xəbər verilir ki, söhbət ABŞ dövlət başçısının Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanındakı qolf klublarından və göydələnlərindən gedir.
Hədəf siyahısına Dubaydakı "Trump International Hotel & Tower", Ciddədəki "Trump Plaza" və Ər-Riyaddakı "Trump Tower" kimi nəhəng layihələr daxildir.
İran tərəfi bu obyektlərin hər birini potensial hərbi hədəf kimi nəzərdən keçirdiyini rəsmən diqqətə çatdırıb.
Mənbə: www.bakupost.az