ABŞ ilə ilkin atəşkəs razılaşması İran Milli Təhlükəsizlik Şurasında məhdud çərçivədə keçirilən iclasda qəbul edilib.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi müsahibəsində deyib.
"Müharibə və ya atəşkəslə bağlı vəziyyətin təhlili vəzifəsi Milli Təhlükəsizlik Şurasına, qərar qəbul etmək vəzifəsi isə ali rəhbərliyə həvalə olunub", - o bildirib.
Əraqçinin sözlərinə görə, şuranın hər bir üzvü müvafiq sahə üzrə öz təhlilini təqdim etməli idi:
"Milli Təhlükəsizlik Şurasının ABŞ ilə anlaşma memorandumunun ratifikasiyasına həsr olunmuş iclası saat 21:00-dan 3:00-dək davam edib. İlkin atəşkəs razılaşması Milli Təhlükəsizlik Şurasının tam tərkibli iclasını keçirməyin mümkün olmadığı şəraitdə əldə olunub və atəşkəsin şərti ondan ibarət idi ki, İran tərəfindən irəli sürülmüş 10 təklif danışıqların əsası olmalı idi".
Mənbə: publika.az