Böyük Britaniyanın yeni təyin olunmuş Baş naziri Endi Börnem bu vəzifədə ilk beynəlxalq telefon danışığını ABŞ Prezidenti Donald Trampla aparıb.
Bu barədə məlumatı rəsmi mənbələrə istinadən “Sky News” yayıb.
Qısa müddətli danışıq bu gün, Börnemin rəsmən vəzifəsinin icrasına başlamasından qısa müddət sonra baş tutub.
Söhbətin təfərrüatları açıqlanmayıb.
Bildirilir ki, belə bir telefon danışığı yeni Britaniya baş naziri üçün ənənəvi ilk addım sayılır və iki ölkə arasındakı xüsusi münasibətlərin əhəmiyyətini nümayiş etdirir.
Mənbə: qafqazinfo.az