Hörmüz boğazı niyə elə ilk gündən bağlanmışdı? Çünki əvvəlcədən planlaşdırılmışdı ki, ali rəhbər hədəfə alınacağı təqdirdə Hörmüz boğazı dərhal bağlansın.
Bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi İranın mərhum ali lideri Əli Xameneinin öldürülməsi ilə bağlı deyib.
"Düşmən bu görüşlərin keçirildiyindən xəbərdar idi və bu, kəşfiyyat sızmasının mövcudluğunu göstərir. Bu sızma, ehtimal ki, hələ də tam aradan qaldırılmayıb və araşdırılmalıdır. Təhlükəsizlik xidmətləri məsələ ilə bağlı araşdırma aparır.
Fikrimcə, onlar çox yaxşı bilirdilər ki, ali rəhbər hər səhər öz ofisində olur və bu da həmin məkanı asan müəyyən edilə bilən hədəfə çevirirdi. Lakin onlar eyni zamanda hərbi komandirlərin qonşu binada, yaxud bir-iki bina aralıda toplantı keçirdiyini də öyrənmişdilər. Məhz buna görə hücum üçün həmin vaxtı seçdilər", - o bildirib.
Qeyd edək ki, Əli Xamenei 28 fevral 2026-cı ildə ABŞ və İsrailin onun iqamətgahına zərbə endirməsi nəticəsində həlak olub. Bu zərbədə Xameneinin ailə üzvləri, o cümlədən 40-a qədər komandir də ölüb. (Axar.az)
Mənbə: publika.az