ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq analitiki Larri Conson Avropa liderlərini Ukraynadakı vəziyyətlə bağlı ictimaiyyəti yanlış məlumatlandırmaqda ittiham edib.
Conson bildirib ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və ABŞ Prezidenti Donald Tramp dəfələrlə Ukraynanın vəziyyəti ilə bağlı həqiqətə uyğun olmayan açıqlamalar veriblər.
Onun sözlərinə görə, bu cür bəyanatlar cəmiyyətin hakimiyyətə etimadının azalmasına səbəb olur.
Müsahibə zamanı aparıcı Denni Devis də Kir Starmerin Ukraynanın müharibədə qalib gəldiyini deməsini tənqid edərək, bu fikrin reallığı əks etdirmədiyini bildirib.
Qeyd edək ki, Larri Consonun səsləndirdiyi fikirlər onun şəxsi mövqeyidir və bu iddialarla bağlı adı çəkilən liderlər tərəfindən hər hansı rəsmi münasibət bildirilməyib.
Mənbə: bizim.media