Tramp Britaniyanı "yoxsul fəlakət" adlandırdı - FOTO

Tramp Britaniyanı "yoxsul fəlakət" adlandırdı -

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın enerji siyasətini tənqid edərək ölkəni "yoxsul fəlakət" adlandırıb.

Tramp bildirib ki, Şotlandiyanın Aberdin şəhərinin sakinləri yeni baş nazir Endi Börnhemin Şimal dənizindəki neft yataqlarının işlənməsini genişləndirmək niyyətini dəstəkləyirlər.

Onun sözlərinə görə, Şimal dənizində dünyanın ən qiymətli neft ehtiyatlarından biri yerləşir və bu resurslardan istifadə Böyük Britaniyanı dünyanın ən varlı ölkələrindən birinə çevirə bilər.


ABŞ Prezidenti, həmçinin Böyük Britaniyanın Norveçdən neft almasını "məntiqsiz" adlandırıb və Aberdin yaxınlığında yerləşən külək elektrik stansiyalarını tənqid edib. Tramp həmin qurğuların şəhərin mənzərəsini korladığını iddia edərək onların sökülə biləcəyi ilə bağlı yayılan məlumatları müsbət qiymətləndirib.

Sonda o, "Biz səni sevirik, Şotlandiya!" ifadəsini işlədərək Şotlandiyaya dəstəyini nümayiş etdirib.


Mənbə: bizim.media