Bu ölkə İrana nota verdi

Bu ölkə İrana nota verdi

İranın İordaniya ərazisinə endirdiyi raket zərbələrindən sonra İordaniya Xarici İşlər Nazirliyi İslam Respublikasının Ammandakı səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb.

İordaniya XİN ona “İran rejiminin Haşimilər Krallığı olan İordaniya ərazisinə etdiyi qəddar və əsassız hücumlar”, habelə “İranın rəsmi hakimiyyət orqanlarının bu ölkəyə qarşı təxribat xarakterli və qızışdırıcı bəyanatları” ilə bağlı kəskin etiraz notası təqdim edib.

Bundan əvvəl Küveyt də rəsmi bəyanat yayaraq İranın addımlarını pisləyib.

Mənbə: unikal.az