Yaponiyanın müdafiə naziri Koizumi Şiniciro Çin və Rusiya hərbi dəniz qüvvələrinin həftəsonu Yaponiyanın müstəsna iqtisadi zonasında döyüş sursatından istifadə etməklə birgə təlim keçirdiyini açıqlayıb.
Nazir Pekin və Moskva arasında hərbi əməkdaşlığın getdikcə dərinləşdiyini bildirib.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Çin Hərbi Dəniz Qüvvələrinə məxsus idarəolunan raket esminesi iyulun 19-da Sakit okeanda, Okinotori adasının təxminən 180 kilometr cənub-qərbində yerləşən Yaponiyanın müstəsna iqtisadi zonasında pulemyotlardan real döyüş sursatı ilə atəş açıb.
Bildirilib ki, həmin gəmi daha əvvəl Okinotori adasının yaxınlığında müşahidə olunan üç Çin hərbi gəmisi və bir Rusiya freqatından ibarət qrupun tərkibində olub.
Yaponiya hökuməti real döyüş sursatı ilə keçirilən təlimlərin bölgədəki gəmilər üçün potensial təhlükə yaratdığını bildirərək Çinə nota verib.
Qeyd edək ki, Yaponiya Müdafiə Nazirliyi ilk dəfə Çin ordusunun ölkənin müstəsna iqtisadi zonasında real döyüş sursatı ilə təlim keçirdiyini açıqlayıb.
Vüsalə Hüseynova
Mənbə: www.bakupost.az