Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
Biz zəngin və xoş ənənələrə əsaslanan Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İqtisadi-ticari əməkdaşlığımızın dinamikası, enerji sahəsində sınaqdan çıxmış strateji tərəfdaşlığımızın gündən-günə dərinləşməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
Torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycanın dəvət etdiyi ilk xarici şirkətlər sırasında Birləşmiş Krallığın şirkətlərinin yer alması və bu gün orada aparılan bərpa və quruculuq işlərində yaxından iştirak etməsi ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir.
Sizə bir daha təbriklərimi çatdırır, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
Mənbə: azxeber.com