ABŞ Prezidenti Donald Tramp ölkəsində keçirilən 2026-cı il Dünya Çempionatını dəyərləndirib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Clash Report” onun fikirlərini sitat gətirib.
“Bu, tarixin ən uğurlu Dünya Çempionatı idi. Hətta heç bir etiraz aksiyası da olmadı. Heç kim cinayət törətmədi”, - deyə Tramp bildirib.
Qeyd edək ki, daha əvvəl Tramp ABŞ-nin 2038-ci ildə Dünya Çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyi planlaşdırdığını açıqlamışdı.
“Biz mütləq yenidən Dünya Çempionatına ev sahibliyi etməliyik. Özü də bunu mən hələ burada olmuşkən etməliyik. Bunu eşidirsənmi, Canni?" – deyə Tramp FİFA prezidenti Canni İnfantinoya müraciət edərək deyib.
Mənbə: qafqazinfo.az