ABŞ Prezidenti Donald Tramp İranın ehtimal olunan yeni nüvə obyektinə zərbə endirə biləcəklərini açıqlayıb.
Xarici KİV-ə istinadən xəbər verilir ki, dövlət başçısı bu barədə Livan Prezidenti Cozef Aunla Ağ Evdə keçirdiyi görüş zamanı danışıb.
“Onlar nüvə silahı ilə bağlı harada fəaliyyət göstərməyi düşünürlərsə, həmin yeri çox güclü şəkildə vuracağıq”, - Tramp bildirib.
Bundan əvvəl “Axios” nəşri yazmışdı ki, ABŞ administrasiyası İranla bağlı təklif olunan 10 günlük atəşkəsi nəzərdən keçirir. Qətər, Misir, Pakistan və digər vasitəçilər ABŞ və İrana atəşkəs təklifi təqdim ediblər və Vaşinqton bu təşəbbüsü nəzərdən keçirir.
Qeyd edək ki, Tramp daha əvvəl də ABŞ-nin İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini açıqlamışdı.
Mənbə: qafqazinfo.az