“ABŞ İranı nüvə obyektlərinə hücumla hədələyir”.
"Tasnim"ə istinadən xəbər verilir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının bəyanatında bildirilib.
"Amerika İranın nüvə və digər strateji əhəmiyyətli obyektlərinə hücum etməklə hədələyir", - məlumatda vurğulanıb.
Qeyd olunub ki, ABŞ nüvə obyektlərinə hücum etsə, İran bunu regionda münaqişənin gərginləşməsi kimi qiymətləndirəcək: "ABŞ və onun müttəfiqlərinin maraqları İranın güclü zərbəsinin hədəfinə çevriləcək".
Xatırladaq ki, iyulun 19-da İranın Atom Enerjisi Təşkilatı (İAET) ABŞ-nin "Darkhovin" Atom Elektrik Stansiyasına (AES) hücumunu pisləyib. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) isə "Darkhovin" AES-in tikinti sahəsinə gecə saatlarında baş vermiş hücumla bağlı məlumatları araşdırdığını açıqlayıb.
Mənbə: bizim.media