Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Avropa ölkələrinin mövcudluğu üçün təhlükə yaratdığını bəyan edib.
Onun sözlərinə görə, Avropa artıq Rusiyadan qaynaqlanan ciddi təhdidlərlə üz-üzədir və buna görə də müdafiə qabiliyyətini gücləndirmək niyyətindədir.
Kallas həmçinin Rusiyanı Ukraynada hərbi əməliyyatları dayandırmağa, atəşkəsə nail olmaq üçün danışıqlara başlamağa və ədalətli, davamlı sülhün əldə olunmasına çağırıb.
Mənbə: bizim.media