Fransa yanır, Makronun əlacı kəsildi - Avropa Birliyindən kömək istədi

Fransa yanır, Makronun əlacı kəsildi - Avropa Birliyindən kömək istədi

Fransa Prezidenti Emmanuel Makron ölkəni bürüyən yanğınları ram etmək üçün Avropa Birliyinin Mülki Müdafiə Mexanizminin aktivləşdirilməsini xahiş etdiyini bildirib.

Makron bu barədə “X” sosial şəbəkəsində məlumat verib.

Makron bildirib ki, meşə yanğınları, xüsusən də Jironde departamentində vəziyyət hazırda son dərəcə gərgin olaraq qalır.

O qeyd edib ki, Fransa Avropa Birliyinin Mülki Müdafiə Mexanizminin aktivləşdirilməsini istəyib.

Makronun sözlərinə görə, tezliklə Xorvatiyanın iki “Canadair”, Portuqaliyanın iki “Air Tractor” təyyarələri, Çexiya və Slovakiyadan iki ağır “Black Hawk” helikopterləri köməyə gələcək.

Fransa prezidenti əlavə edib ki, "bu konkret, operativ və praktik həmrəylik çətin dövrlərdə dəyərli bir güc mənbəyidir".

Mənbə: publika.az