“ABŞ Ukrayna ilə bağlı Alyaskada keçirilən sammit zamanı əldə olunmuş razılaşmalara yanaşmasını dəyişib, lakin Rusiya qarşıya qoyulan vəzifələri yerinə yetirəcək”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubionun açıqlamaları Vaşinqtonun əvvəlki razılaşmalara münasibətini dəyişdiyini göstərir.
“Bizim vicdanımız isə təmizdir. Necə deyərlər: söz verdik, sözümüzün üstündəyik. Biz dedik ki, hazırıq”, Lavrov qeyd edib.
Rusiya XİN başçısı vurğulayıb ki, ABŞ-ın mövqeyini dəyişməsinə baxmayaraq, Prezident Vladimir Putinin 2024-cü ilin iyununda müəyyən etdiyi vəzifələr istənilən halda yerinə yetiriləcək.
Qeyd edək ki, Marko Rubio Sergey Lavrovla Manilada son görüşdən sonra Ankoric (Alyaska) sammitində irəli sürülmüş təkliflərin nəticəsiz qaldığını bildirib.
O, Kiyevin razılaşmaması səbəbindən sülh sazişinin imzalanmasının mümkün olmadığını deyib.
Mənbə: apa.az