Lavrov Rubioya Trampla bağlı nə verib?

Lavrov Rubioya Trampla bağlı nə verib?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın 2025-ci ildə Alyaskada keçirilən sammitdə Ukrayna münaqişəsinin həlli ilə bağlı sitatlarının toplusunu ABŞ dövlət katibi Marko Rubioya təhvil verdiyini açıqlayıb.

Lavrovun sözlərinə görə, bu, Trampın sammit günü, yekun mətbuat konfransından sonra və Vaşinqtona qayıtdıqdan sonrakı günlərdə verdiyi açıqlamalara aiddir.

Nazir jurnalistlərə bildirib:

"Prezident Trampın Alyaskadakı çıxışlarından sitatları dünən Marko Rubioya çatdırdım. O, Ankoric müqavilələri barədə həvəslə danışaraq, praktik olaraq hər şeyi həll etdiyimizi söylədi. Bir məsələ qalmış ola bilər, amma təməl artıq qoyulub".

Lavrov qeyd edib ki, Rusiya tərəfi də eyni yanaşmaya sadiqdir. O bildirib ki, ABŞ tərəfindən irəli sürülən və Trampın təsdiqi ilə əvvəlcədən Moskvaya çatdırılan təkliflər hərbi əməliyyatlara son qoymaq və siyasi həll yolu ilə bağlı danışıqlara keçmək üçün əsas ola bilərdi, baxmayaraq ki, bir çox detallar hələ də dəqiqləşdirilməli idi.

Müəllif: Tural

Mənbə: publika.az