Lavrov İrana gedəcək

Lavrov İrana gedəcək

Rusiya Xarici İşlər Nazirliyi (XİN) xarici işlər naziri Sergey Lavrovun İrana səfərinin təşkili ilə bağlı hazırlıq işlərinin aparıldığını təsdiqləyib.

TASS-a istinadən xəbər verilir ki, bu barədə məlumatı Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko açıqlayıb.

“Bu istiqamətdə işləyirik”, - Rudenko bildirib.

Qeyd edək ki, Sergey Lavrov sonuncu dəfə keçən il fevralın 25-də Tehrana səfər edib. Səfər çərçivəsində o, iranlı həmkarı Abbas Əraqçi və İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb. İyulun 13-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Lavrovun Tehrana növbəti səfərinə hazırlıq görüldüyünü açıqlasa da, səfərin tarixi barədə məlumat verməyib.

Mənbə: qafqazinfo.az