“Bu, Ermənistan-Azərbaycan münaqişəsindən fərqlidir”

“Bu, Ermənistan-Azərbaycan münaqişəsindən fərqlidir”

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya-Ukrayna münaqişəsinin mahiyyəti ilə bağlı diqqətçəkən açıqlama verib.

O, bu haqda Rusiyanın Omsk şəhərində keçirilən XXII Qazaxıstan–Rusiya Regionlararası Əməkdaşlıq Forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı danışıb:

“Ermənistan və Azərbaycan arasında, münaqişənin mahiyyəti və kökləri bizə tam aydın idi, çünki bu, tarixə söykənirdi. Amma burada bunu anlamaq çox çətindir”, – deyə Tokayev vurğulayıb.

Qazaxıstan lideri, həmçinin Rusiya-Ukrayna müharibəsinin artıq dondurulmasının və tərəflərin “İstanbul 2.0” formatına qayıdaraq danışıqları bərpa etməsinin vaxtının çatdığını bildirib. Onun sözlərinə görə, bu istiqamətdə böyük dövlətlərin, o cümlədən Rusiyanın təminatları ilə sülhə doğru irəliləmək mümkündür.

Mənbə: qafqazinfo.az