Ukrayna Xəzər dənizinin akvatoriyasında Rusiya gəmilərinə uzaq məsafədən zərbələr endirməkdə çox yaxşı nəticələr əldə edib.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında məlumat verib.
“Bunlar İrandan hərbi yüklərin daşınmasında istifadə olunan gəmilər, həmçinin hərbi gəmi olub”, - Zelenski vurğulayıb.
O vurğulayıb ki, bu gecə Müdafiə Qüvvələri Rusiyanın müxtəlif regionlarında Ukraynaya qarşı müharibə üçün fəaliyyət göstərən obyektləri də vurub.
Qeyd edək ki, bu gün Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya məxsus hava hücumundan müdafiə sistemlərinə, hərbi gəmiyə və Xəzər dənizində yerləşən bir sıra obyektlərə zərbələr endirdiyini açıqlayıb.
Mənbə: www.bakupost.az