Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək

Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək

Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan İranın Yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə yeni körpünün tikintisini müzakirə edib.

Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb. Məlumata görə, görüş Xudatyanın İrana işgüzar səfəri zamanı baş tutub.

Tərəflər belə qənaətə gəliblər ki, Araz çayı üzərində ikinci körpünün tikintisi iki ölkə arasında nəqliyyat tutumunu artıracaq və iqtisadi əməkdaşlın daha çox inkişafına töhfə verəcək.

Görüş zamanı erməni nazir Kajaran-Aqarak yolunun tikintisindəki irəliləyişləri də məmnuniyyətlə qeyd edib. Xudatyanın sözlərinə görə, İran Ermənistanın infrastruktur proqramlarında əhəmiyyətli dərəcədə iştirak edir ki, bu da iki ölkə arasında güclü iqtisadi əməkdaşlığa və dostluq münasibətlərinə dəlalət edir.

Müəllif: Tural

Mənbə: publika.az