Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) nümayəndələri Səudiyyə Ərəbistanına məxsus kəşfiyyat-zərbə təyinatlı Bayraktar Akıncı pilotsuz uçuş aparatını ölkənin şimalındakı Əl-Cauf vilayəti üzərində vurduqlarını iddia ediblər.
Bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səriya məlumat yayıb.
Husilər PUA-nın hansı vasitə ilə vurulduğu barədə əlavə məlumat verməyiblər.
Mənbə: bizim.media