KİV: Putin Tokayevin Ukrayna ilə bağlı təklifinə müsbət cavab verməyib

KİV: Putin Tokayevin Ukrayna ilə bağlı təklifinə müsbət cavab verməyib

Ölkə.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Bildirilib ki, iyulun 25-də Omskda keçirilən Rusiya–Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumu çərçivəsində Tokayev Ukraynada cəbhə xəttinin dondurulmasını və İstanbul formatında danışıqların bərpasını təklif edib.

Kremlin sözçüsü Dmitri Peskov isə Putinin Tokayevə Rusiyanın döyüş meydanında qarşıya qoyduğu məqsədlərə çatmadan cəbhə xəttinin dondurulmasının mümkün olmadığını bildirdiyini açıqlayıb. O, həmçinin iddia edib ki, Kiyev Moskvanın tələblərini qəbul edərsə, münaqişə dərhal başa çata bilər.

ISW qeyd edib ki, Kremlin əsas tələbləri Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tam şəkildə Rusiyaya verilməsini nəzərdə tutur. Analitiklərin fikrincə, Putin Tokayevlə görüşdən daxili auditoriyaya uzunmüddətli müharibənin qaçılmaz olduğu mesajını çatdırmaq üçün istifadə edib.

Mənbə: olke.az