Panama Xarici İşlər Nazirliyi Rusiya ilə Ukrayna arasındakı müharibədə iştirak etmək üçün ölkə vətəndaşlarının muzdla cəlb olunması ilə bağlı vəziyyəti daim izlədiyini bildirib.
Nazirlik bu məsələ ilə bağlı dəfələrlə Rusiyanın Panamadakı səfirliyindən məlumat tələb etdiyini və Moskva vasitəsilə Panama səfirliyi üzərindən müraciətlər etdiyini açıqlayıb.
Rusiya hakimiyyəti isə cavabında imzalanan müqavilələrin könüllü xarakter daşıdığını və onları imzalayan şəxslərin fərdi qərarlarını əks etdirdiyini bildirib.
Nazirlik əlavə edib ki, vətəndaşların cəlb olunması ilə bağlı halları araşdırır və zərərçəkənlərə konsulluq yardımı göstərilməsi üçün tədbirlər görür.

Mənbə: bizim.media