“Ruslar Malidə döyüş meydanından qaçaraq müttəfiqlərini tək qoyublar” - Ukrayna kəşfiyyatı

“Ruslar Malidə döyüş meydanından qaçaraq müttəfiqlərini tək qoyublar” -

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) Malidə Rusiya qüvvələri ilə bağlı iddia irəli sürüb.

Ukrayna kəşfiyyatının məlumatına görə, iyulun əvvəlində Rusiyanın “Afrika korpusu”nun və Mali xuntasının hərbçilərinin daxil olduğu kolonya üsyançıların pusqusuna düşüb.

Məlumata görə, şiddətli döyüş başlayanda rus hərbçiləri geri çəkilib və Malinin hərbçilərini quru və hava dəstəyi olmadan tək qoyublar. Bildirilir ki, həmin vaxt rus qüvvələrinin zərbə PUA-ları və helikopterləri də olub.

İlkin məlumatlara əsasən, nəticədə xunta qüvvələrinin ən azı 60 hərbçisi məhv edilib, daha 30 nəfərdən çoxu əsir götürülüb.

BKİ qeyd edib ki, Rusiya ümumilikdə Mali hərbçilərindən “istifadə olunan qüvvə” kimi yararlanır. İddialara görə, onlar yalnız rusların əvəzinə döyüşmür, həm də müxtəlif köməkçi işlərə cəlb olunur və xunta rəhbərliyi korrupsiya sxemlərinə cəlb edilir.


Mənbə: bizim.media