Türkiyə tərəflərin danışıqlar masasına əyləşmək arzusunda olduqlarını təsdiqləyəcəkləri təqdirdə, İstanbulda Ukrayna ilə bağlı yeni danışıqlar raundu təşkil etməyə hazırdır.
Bu barədə "RİA Novosti" diplomatik mənbəyə istinadla məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, danışıqları qısa müddətdə təşkil etmək mümkündür.
İyulun 17-də Türkiyənin XİN rəhbəri Hakan Fidan Kiyevə səfərinin yekunları üzrə Ankaranın Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının aparılması təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bəyan edib. O, həmçinin Ukraynanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Andrey Sibiha və ölkənin digər ali rəhbərliyinin nümayəndələri ilə "Rusiya-Ukrayna münaqişəsindəki mövcud vəziyyəti" müzakirə etdiyini bildirib.
Hüseyn İbadlı
Mənbə: publika.az