Peskovun həyat yoldaşı Aİ Şurasını məhkəməyə verdi: 2 milyon avrodan çox təzminat

Peskovun həyat yoldaşı Aİ Şurasını məhkəməyə verdi:

Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskovun həyat yoldaşı, olimpiya çempionu Tatiana Navka Avropa İttifaqı Şurasına qarşı məhkəmə iddiası qaldırıb.

Navka ona qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsini və 2 milyon avrodan artıq təzminat ödənilməsini tələb edir.

İddiada qeyd olunur ki, o, kifayət qədər hüquqi əsas olmadan və hüquqi-faktiki səhvlərlə Aİ-nin sanksiya siyahısına daxil edilib.

Navka maddi ziyana görə təxminən 135 min avro, nüfuzuna dəyən zərər və digər qeyri-maddi itkilərə görə isə 1,9 milyon avrodan çox təzminat tələb edir.

Bundan əlavə, o, sanksiyalar nəticəsində özünün və uşaqlarının insan ləyaqəti, şəxsi və ailə həyatı hüquqlarının pozulduğunu iddia edir.

Mənbə: bizim.media