Akyaka-Gümrü dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb

Akyaka-Gümrü dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb

Türkiyə Akyaka-Gümrü dəmir yolu xəttinin ölkə ərazisində olan hissəsinin yenidən qurulmasına başlayıb.

Nu barədə Akyaka şəhərinin meri Erduger Toptaş bildirib.

“Bərpa işləri təxminən 2-3 ay çəkəcək. Akyakadan Gümrüyə qədər torpaq yolun tikintisi də daxil olmaqla tender artıq elan edilib”, - mer deyib.

Toptaş dəmir yolu infrastrukturunun bərpasının həm Türkiyə, həm də Ermənistana iqtisadi fayda gətirəcəyini, kənd təsərrüfatı və sənaye sahəsində əməkdaşlıq imkanları açacağını qeyd edib.

Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Gümrü-Axurik və Yerasx hissələrində dəmir yolunun bərpası işlərinə başladığını söyləmişdi.

Mənbə: qafqazinfo.az