Netanyahu onunla görüşəcək

Netanyahu onunla görüşəcək

İsrailin Baş naziri Benyamin Netanyahu bu gün ABŞ-nin müharibə naziri (Pentaqon rəhbəri) Pit Heqset ilə görüşəcək.

Bu barədə İsrailin “12-ci kanalı” məlumat yayıb.

“Bu gün Netanyahunun Pentaqon rəhbəri Pit Heqset və ABŞ Konqresinin üzvləri ilə görüşəcəyi gözlənilir”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, İsrail Baş naziri dünən Vaşinqtonda ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens ilə də bir araya gəlib.

Xatırladaq ki, dünən ABŞ Prezidenti Donald Tramp ilə İsrail Baş nazirinin görüşü baş tutub və təxminən saat yarım davam edib. Tramp bu danışıqları “çox yaxşı” kimi qiymətləndirərək görüşdə ABŞ Konqresinin nümayəndələrinin də iştirak etdiyini bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə, tərəflər “çoxlu vacib mövzuları” müzakirə ediblər.

Mənbə: qafqazinfo.az