CIA-nın analitikindən ŞOK AÇIQLAMA: Müharibə başa çatanda Rusiya Kiyevə nəzarət edəcək – VİDEO

CIA-nın analitikindən ŞOK AÇIQLAMA: Müharibə başa çatanda Rusiya Kiyevə nəzarət edəcək – VİDEO

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş analitiki Larri Conson Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Moskvanın neft ixracını dayandırmayacağını iddia edib.

Consonun sözlərinə görə, Çin, Hindistan və digər ölkələr Rusiya neftinə ehtiyac duyduqları üçün ABŞ-ın iqtisadi sanksiyalarını müxtəlif yollarla aşmağa davam edəcəklər.

O bildirib ki, dünya bazarında Rusiya neftinə alternativ mənbələr kifayət qədər olmadığına görə, ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlər bu ticarəti tam dayandıra bilməyəcək.

Keçmiş CIA analitiki həmçinin müharibənin gedişatı ilə bağlı proqnoz verərək, sonda Rusiyanın Kiyevə nəzarət edəcəyini iddia edib. Onun fikrincə, bunun bu il baş verib-verməyəcəyini söyləmək çətin olsa da, hadisələrin həmin istiqamətdə inkişaf etdiyini və Ukrayna ilə Qərbin bunun qarşısını ala bilməyəcəyini bildirib.


Mənbə: bizim.media