Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmiryolu infrastrukturundan istifadə etdiyi üçün Rusiyadan 2 milyard dollar tələb edəcəyini istisna etməyib.
Xarici mətbuata istinadən xəbər verilir ki, Paşinyan ölkə daxilindəki dəmir yolunun Ermənistanın mülkiyyəti olduğunu vurğulayıb.
O bildirib ki, İrəvan bundan istədiyi kimi istifadə edə bilməlidir. Fikir ayrılıqları yarandığı təqdirdə isə Ermənistan arbitraj məhkəməsinə müraciət edə bilər.
Rüfət Sultan
Mənbə: www.bakupost.az