Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir – FOTO

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir –

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir.

Yohannesburq Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Pan-Afrika Parlamentinin Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirakı, həmçinin bir sıra görüşləri nəzərdə tutulub.


Mənbə: bizim.media