30 iyul gecəsi Ukraynanın kütləvi atəşə tutulması zamanı Rusiya qüvvələri Şimali Koreyanın ballistik raketindən istifadə edib.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, zərbə Dnepropetrovsk vilayətinin Raduşne kəndini hədəf alıb. İki uşaq da daxil olmaqla beş nəfər həlak olub. Zelenski qeyd edib ki, bunlar ilkin tapıntılardır və qalıqların əlavə müayinəsi aparılacaq.
"Hər şey yoxlanılacaq, amma hələlik bu, Şimali Koreyanın ballistik raketi idi. Moskvanın iyrəncliyi ilə Şimali Koreyadakı dəli rejimi arasında raketlər naminə, Avropadakı Şimali Koreya kontingenti naminə, sərhədlərimizdə və ukraynalı uşaqlarımızı öldürmək naminə ittifaq", - deyə Zelenski bildirib.
Mənbə: unikal.az