"İrana daha bir şans verə bilərəm" - Tramp

"İrana daha bir şans verə bilərəm" -

ABŞ prezidenti Donald Tramp Tehranın atəşkəsə razılaşması şərtilə İranla sülh danışıqlarına şans verməyə hazırdır.

Bu barədə "New York Post" qəzeti yazıb.

Qəzetin mənbəsi bildirib ki, "Bu, istənilən danışıqların təməlidir - onlar atəşkəslə başlayır və İran ilk olaraq öhdəlik götürməlidir. ABŞ prezidenti mümkün qədər tez bir zamanda razılığa gəlmək istədiyini çox açıq şəkildə bildirib. Lakin əgər iranlılar gəmilərə, Amerika bazalarına və Fars körfəzindəki Amerika müttəfiqlərinə hücum etməyə davam etsələr, bunun bədəlini ödəməli olacaqlar".

“New York Post” qəzetinin məlumatına görə, tərəflər texniki məsləhətləşmələri davam etdirir və vasitəçilərlə qarşılıqlı əlaqədədirlər.


Mənbə: unikal.az