Ukrayna ABŞ və Fars körfəzi ölkələrinin İranla qarşıdurmasında hərbi dəstək göstərməyə hazır olduğunu bəyan edib.
Bu barədə "Politico" nəşri Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbəti olan ukraynalı məmur bildirib ki, Kiyev onu dəstəkləyən ölkələrə yardım etməyə hazırdır.
"Biz bizi dəstəkləyənləri dəstəkləməyə hazırıq", - deyə o vurğulayıb.
Mənbənin sözlərinə görə, Ukrayna pilotsuz uçuş aparatlarına qarşı mübarizə sahəsində böyük praktiki təcrübəyə malikdir və bu təcrübə ABŞ ilə Yaxın Şərq ölkələri üçün maraq doğurur.
Müəllif: Adəm
Mənbə: publika.az