Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu - Tramp

Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə razılaşma əldə olundu -

ABŞ prezidenti Donald Tramp HƏMAS-ın tam silahsızlaşdırılması ilə bağlı razılaşmanın Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə edildiyini bildirib.

Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.

O, vasitəçi ölkələrə göstərdikləri səylərə görə təşəkkür edib və HƏMAS-la yanaşı, Qəzza zolağındakı digər silahlı qruplaşmaların da tam silahsızlaşdırılması barədə razılıq əldə olunduğunu qeyd edib.

ABŞ prezidenti, həmçinin vurğulayıb ki, 2023-cü il oktyabrın 7-də baş verən hadisələrdən sonra yaranmış təhlükənin yenidən təkrarlanmasına imkan verilməməlidir.

Müəllif: Roza

Mənbə: publika.az