İspaniyanın Baş naziri Aİ-ni təcili iclasa çağırdı

İspaniyanın Baş naziri Aİ-ni təcili iclasa çağırdı

İspaniyanın Baş naziri Pedro Sançes bu həftə Seutaya kütləvi sərhəd keçidi ilə bağlı bəzi üzv dövlətlərin reaksiyalarını “eqoist, ziddiyyət yaradan və qanunsuz” adlandırıb və Avropa İttifaqının daxili işlər nazirləri ilə təcili iclas keçirilməsini tələb edib.

Xarici mediaya istinadən xəbər verilir ki, 48 mindən çox insan könüllü olaraq Mərakeşə qayıtsa da, bu kütləvi axın Madrid hökuməti üçün siyasi böhran yaradıb və bəzi digər Avropa İttifaqı ölkələrini İspaniyanın Şengen zonası üzvliyindən müvəqqəti kənarlaşdırılması tələb etməyə sövq edib.

Sançes Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə, Avropa Şurasının Prezidenti Antonio Koştaya və Aİ-yə sədrlik edən İrlandiyanın Baş naziri Mişel Martinə göndərdiyi məktubda sərt mövqe nümayiş etdirib. İspaniyanın Baş naziri bəzi Avropa İttifaqı hökumətlərinin Seutadakı hadisələrə verdiyi reaksiyadan dərin narahatlığını bildirib.


Mənbə: unikal.az