Yaxın Şərqdə davam edən gərginlik fonunda ABŞ-nin İordaniyadakı səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarını daha ehtiyatlı olmağa və bölgəni tərk etmək imkanını nəzərdən keçirməyə çağırıb.
Diplomatik nümayəndəlikdən verilən məlumata görə, turistlər aviareyslərin ləğv edilə biləcəyinə, hava məkanının müvəqqəti bağlanmasına və nəqliyyatın fəaliyyətində fasilələrin yaranmasına hazır olmalıdırlar.
Yaxın Şərqdən kənarda olan ABŞ vətəndaşlarına isə bölgəyə səfər planlarını yenidən nəzərdən keçirmək, həmçinin hava limanları və aviaşirkətlərin yaydığı məlumatları diqqətlə izləmək tövsiyə olunub.
Mənbə: bizim.media