Hindistan hökuməti Vişveş Negini İrana yeni səfir təyin edib.
Diplomat hazırda Xarici İşlər Nazirliyində birgə katib vəzifəsini tutur və onun tezliklə Tehranda fəaliyyətə başlayacağı gözlənilir.
Yeni səfir beynəlxalq təhlükəsizlik, müdafiə əməkdaşlığı, Pakistanla əlaqələr və BMT-də çoxtərəfli diplomatiya sahələrində təcrübəyə malikdir.
Onun təyinatının Hindistan və İran arasında energetika, ticarət, nəqliyyat əlaqələri və regional təhlükəsizlik sahələrində əməkdaşlığın inkişafına töhfə verəcəyi gözlənilir.
Mənbə: unikal.az