Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Seutadakı miqrant böhranının arxasındakı

Sərhədin açılması barədə əlaqələndirilmiş kampaniya və məlumat sızması İspaniyanın Seuta şəhərində miqrasiya böhranına səbəb ola bilər.

Bu barədə TASS agentliyinə Beynəlxalq Faktçılıq Assosiasiyasından (GFCN) məlumat verilib.

Assosiasiyadan qeyd olunub ki, informasiya kampaniyasına İspaniya Ali Məhkəməsinin 8 iyul tarixli qərarı səbəb olub.

Həmin qərara əsasən, Seuta və Melilya yaxınlığında dənizdə saxlanılan miqrantları artıq avtomatik olaraq gəldikləri ölkəyə geri qaytarmaq olmaz.
Lakin sosial şəbəkələrdə bu qərar təhrif edilib: İspaniyanın Seutaya dəniz yolu ilə gələn heç bir şəxsi artıq deportasiya edə bilməyəcəyinə dair iddialar ortaya atılıb. GFCN-dən əlavə ediblər ki, İspaniya hökuməti bu cür şərhləri təkzib edərək məhkəmə qərarının yalnız inzibati proseduru dəyişdiyini izah edib.

Xatırladaq ki, iyulun sonunda Mərakeşdən olan minlərlə miqrant İspaniyanın muxtar şəhəri Seutaya qanunsuz daxil olub.

Bu şəhər İspaniyanın Şimali Afrikadakı eksklavı və Aİ-nin Afrika ilə olan iki quru sərhəd sahəsindən biridir.

Mənbə: bizim.media