Tramp Qətər Əmiri ilə danışdı: ABŞ-İran gərginliyi müzakirə olundu

Tramp Qətər Əmiri ilə danışdı: ABŞ-İran gərginliyi müzakirə olundu

ABŞ prezidenti Donald Tramp Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb.

Bu barədə ABŞ mediası məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı əsas diqqət ABŞ-İran arasında gərginliyin azaldılması istiqamətində görülən işlərə və regional vəziyyətə yönəlib.

Tramp Qətərin tərəflər arasında dialoqun təşviqi və diplomatik səylərə verdiyi dəstəyi yüksək qiymətləndirib. Al Tani isə münaqişələrin dialoq yolu ilə həllinin vacibliyini vurğulayaraq, ABŞ və İran arasında əldə olunan razılaşmanın şərtlərinə bütün tərəflərin əməl etməsinin əhəmiyyətini qeyd edib.

Müəllif: Roza

Mənbə: publika.az