NATO-nun Rusiyaya qarşı həyata keçirdiyi strategiya Ukrayna üçün fəlakətli nəticələr doğurub.
Bu fikri Norveçin Cənub-Şərq Universitetinin professoru Qlenn Dizen X sosial şəbəkəsində yazıb.
O bildirib ki, NATO-nun Rusiyanın iqtisadiyyatını zəiflətmək və mülki əhalinin müharibənin təsirlərini hiss etməsinə nail olmaq məqsədilə ölkə ərazisinin dərinliklərinə zərbələri gücləndirmək strategiyası Ukrayna üçün fəlakətli plan olub.
Dizen həmçinin sual edib ki, Ukraynanın artıq hava hücumundan müdafiə raketləri tükəndiyi bir vaxtda NATO niyə eskalasiyanı davam etdirir.
Mənbə: www.aznews.az