Yəməndə husilər Moha limanı yaxınlığında hərbi qüvvələrə və silah anbarlarına ballistik raket və pilotsuz uçuş aparatları ilə hücum etdiklərini açıqlayıblar.
Bu barədə husilərin hərbi sözçüsü Yəhya Səriyə məlumat verib.
O bildirib ki, hücum zamanı çoxsaylı ballistik raket və PUA-lardan istifadə olunub. Səriyənin iddiasına görə, zərbələr nəticəsində hərbi texnika və silah anbarlarına ciddi ziyan dəyib, Səudiyyə hərbçiləri də daxil olmaqla onlarla şəxs ölüb və yaralanıb.
AP-nin məlumatına görə, husilər Moha limanına raket və PUA zərbələrini daha sonra öz üzərinə götürüblər.
Mənbə: konkret.az