Suriyada “Site 99” adlandırılan gizli obyektdə saxlanıldığı iddia edilən nüvə materialları ilə bağlı gərginlik yaranıb.
ABŞ və İsrail rəsmilərinin iddiasına görə, obyektə keçmiş Bəşər Əsəd rejiminin Əl-Kibar nüvə layihəsindən qalan materiallar, o cümlədən uran konsentratı yerləşdirilib.
İsrailin materiallar obyektdən çıxarılmadığı təqdirdə əraziyə zərbə endirə biləcəyi barədə ABŞ-a xəbərdarlıq etdiyi bildirilir.
Məlumata görə, Vaşinqton İsrailin hərbi müdaxiləsinin qarşısını almaq üçün Təl-Əviv və Dəməşqlə razılaşaraq məsələni Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) iştirakı ilə həll etməyə çalışır.
Suriya Atom Enerjisi Komitəsi də MAQATE nümayəndə heyətinin yaxın günlərdə Dəməşqə səfər edəcəyini açıqlayıb.
Mənbə: publika.az