Sursatın az olmasının səbəbi Baydenin Ukraynaya 300 milyard dollar dəyərində yardım etməsidir.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Onlar bunu heç vaxt demək istəmirlər. İndi mən də Ukraynaya yardım edirəm, amma bunun əvəzini ödəməlidirlər. Yəni Avropa Birliyi. Mən Ukraynaya birbaşa vermirəm. Mən bunu Avropa Birliyinə verirəm. Onların pulu var və tam məbləği ödəyirlər. Biz Avropa Birliyinə sursat satırıq, qırıcı təyyarələr satırıq, hər şeyi satırıq və onlar da istədiklərini edirlər. Onlar bunları Ukraynaya verirlər.
Amma Bayden elə rəqəmlərlə silah və sursat verdi ki, bu, həqiqətən də ağlasığmaz idi”, - o bildirib.
Mənbə: aktual.az