Rusiya Belqoroda hücumlara cavab olaraq Ukrayna üçün pilotsuz uçuş aparatlarının (PUA) istehsal edildiyi Qərb ölkələrindəki obyektlərə zərbə endirə bilər.
Bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik "News.ru"ya açıqlamasında deyib.
Deputat bildirib ki, PUA-ların haradan buraxıldığı müəyyənləşdirilməli və onların istehsalından tutmuş tədarükünə qədər bütün zəncir məhv edilməlidir. Onun sözlərinə görə, Qərb ölkələrində PUA-ların yığıldığı müəssisələr Rusiyanın hədəfində ola bilər.
Kolesnik hesab edir ki, belə obyektlərə ciddi zərbələr endirilməsi Qərbə Rusiyanın niyyətinin ciddi olduğunu göstərəcək.
O, həmçinin bildirib ki, Kiyevin müttəfiqləri belə bir ssenariyə inanmırlar və Moskva onları bu mövqedən daşındırmalıdır.
Adəm
Mənbə: publika.az