Respublikaçılar Baydeni xəyanətdə günahlandırırlar

“Co Baydenin ABŞ prezidenti kimi ilk addımları adi amerikalılara qarşı yönəldilib”. SİA xarici mətbuata istinad edərək bu fikirlərin Amerika Respublikaçılarının liderinin Nümayəndələr Palatasındakı çıxışı zamanı səsləndirdiyini bildirib.

Partiya lideri yeni prezidentin hakimiyyətə gəldiyi andan ölkədə bir çox işçilərin işlərindən məhrum olduqlarını və bununla yanaşı, ölkədə qaçaq immiqrantların daxil olmasını üçün geniş vüsət yarandığını əsas kimi göstərib.

Konqresmenə görə, Ağ Ev rəhbərinin siyasətindən əsas faydalananlar isə, ilk olaraq, Rusiya və Çindir. Respublikaçılar Baydenin hələ açılış nitqində birlikdən danışmasına baxmayaraq, hələ ki, milləti birləşdirəcək heç bir şey etmədiyinə diqqət çəkiblər.

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Daha bir ağır QƏZA

SONRAKI XƏBƏR

YAP-ın nümayəndələri milliyyətcə rus olan qaziləri ziyarət ediblər - FOTOLAR