Bu gün Naxçıvanın iki yaşayış məntəqəsi qazsız qalıb.
Bununla bağlı Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən Kəngərli rayonunun Qıvraq qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Həmçinin saat 14:30-dan etibarən Naxçıvan şəhərinin Qaraçuq kəndinin qaz təchizatında da işlər yekunlaşanadək fasilə olacaq.
Mənbə: qafqazinfo.az