Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko Ukrayna və Rusiya arasında gedən müharibə, ölkəsi ilə Azərbaycan arasında münasibətlər, bu münasibətlərin dünəni, bu günü, gələcəyi və digər mövzularla bağlı fikirlərini bölüşüb.
O, bu barədə Bakıya səfəri çərçivəsində Bizim.media-ya müsahibəsində danışıb.
2004-2008-ci illərdə Ukraynaya rəhbərlik etmiş V.Yuşenko Azərbaycanın regionun lider ölkəsi olmasını, o cümlədən Ukraynaya göstərdiyi yardımları xüsusi vurğulayıb: “Azərbaycanın siyasəti artıq çoxdan regionun gündəmini aşaraq Avropa və dünya ilə daha geniş əlaqələr tələb edən səviyyəyə çatıb. Mən Avropadan daha çox danışıram. Çünki bu gün Azərbaycan siyasəti və Azərbaycanın maraqları ilə ən böyük kəsişmələrimiz məhz Avropadadır. Azərbaycanın bu gün iqtisadi siyasət baxımından ixtisaslaşdığı və sahib olduğu bütün imkanlar özünü dünyanın ən böyük ödəniş bazarlarından biri olan Avropa İttifaqı bazarında daha yaxşı reallaşdırmağa doğru gedir. Təbii ki, Azərbaycan bu istiqamətdə sadəcə alqı-satqı münasibətləri deyil, infrastruktur münasibətləri qurmağa çalışır. Azərbaycanın birbaşa Avropa bazarında, yaxud həmin bazarın iqtisadi çevrəsində öz iqtisadiyyatına, istehsal və emal müəssisələrinə sahib olması istiqamətində apardığı işlər təqdirəlayiqdir”.
Müsahibənin tam versiyasını təqdim edirik:
Mənbə: qafqazinfo.az