ABŞ və Kanada tərəfindən ilkin ticarət razılaşmasının əldə edilməsi Meksikanı pis vəziyyətdə qoyub. Belə ki, Meksika da Vaşinqtondan oxşar tarif şərtləri əldə etməyə çalışır.
Bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat verib.
Məlumata görə, Ottava və Vaşinqton Kanada poladı və alüminiumuna idxal tariflərinin 25%-ə endirilməsi üzrə ilkin razılığa gəliblər, Kanada avtomobillərinə tariflər isə 15%-ə endirilə bilər. Meksika nümayəndələri ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə ticarət danışıqları zamanı oxşar tələblər irəli sürmüşdülər.
ABŞ və Kanadanın saziş imzalanmasına gözlənilməz şəkildə hazır olması Meksikaya təzyiqi artırır. Meksika nümayəndələri artıq bir neçə aydır ABŞ ilə razılıq əldə etməyə cəhd göstərirlər. Nəşr hesab edir ki, bu hal Meksikanın öz strategiyasının doğruluğu ilə bağlı şübhəyə düşməyə vadar edə bilər.
Qeyd edək ki, avqustun 19-da Tramp ABŞ və Kanadanın ticarət razılaşması barədə razılığa gəldiklərini bəyan edib.
Mənbə: oxu.az